Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

Müqəddəs Kitabın Mənşəyi

Müqəddəs Kitabın mənşəyi - Peyğəmbərliyin gücü
Müqəddəs Kitabın mənşəyi Allahdır. Arxeologiya elmi tərəfindən dəstəklənən bu tarixi bir kitab və indiyə qədər bütün iddialarını doğruldan bir peyğəmbərlik kitabıdır. İlahidən ilham alan 40 yazıçı tərəfindən 1600 ildən artıq bir müddət ərzində yazılan Müqəddəs Kitab 66 kitabdan ibarət olub Allahın bəşəriyyətə olan məktubudur. İlahi ilham iddiası nifuz edici (və ya bəzilərinəsə qeyri-real) görünə bilər, lakin Müqəddəs Kitabın ayələrini diqqətlə və düz öyrənəndə özü onların doğru olduğunu göstərəcək. Müqəddəs Kitab, yerinə yetirilən peyğəmbərliklər vasitəsilə onun ilahi müəllifliyini güclü şəkildə təsdiq edir. 668 heyrətamiz peyğəmbərlik yerinə yetirildi və heç birinin yalan olduğu sübuta yetirilmədi (üçü təsdiqlənməmişdir). Allah peyğəmbərlikdən ilahi müəllifliyin əsas meyarı olaraq istifadə etmək qərarına gəldi və Müqəddəs Kitabdakı peyğəmbərliklərinin vicdanla tədqiq edəndə Müqəddəs Kitabın fövqəltəbii mənşəyini inandırıcı şəkildə göstərəcək. Şübhəçilər özlərinə sual verməlidirlər: "Əgər insanlar həqiqətən gələcəyi görə bilsəydi, qumar sənayesi mövcud olardımı?" Yenə də deyirəm, heç bir müqəddəs kitab öz etibarlılığını, həqiqiliyini və ilahi müəllifliyini təsdiq edən dəlillərin miqdarının müqayisəsində Müqəddəs Kitaba yaxın belə, gəlməz.

Müqəddəs Kitabın Mənşəyi - Tərcümələr Haqqında Həqiqət
Çoxları üçün Müqəddəs Kitabın mənşəyini belə cəmləşdirə bilərik: “Ənənəvi şifahi tərcümənin sadəcə şərhi” – belə olduqda bu kitabın, orijinal mətnlərlə heç bir qaynağı və ya əlaqəsi olmur. Faktiki olaraq yuxarıda verilən ifadəni istər xristianlar, istərsə də qeyri-xristianlar düşünürsə, ümumiyyətlə səhvdir. Elə Müqəddəs Kitabın King James tərcümə versiyasını götürək, bu tərcümə İbrani dilində Masoretik Mətnindən (Əhdi-Ətiq) və Yunanca Tekstus Receptus (Əhdi-Cədid) kimi qədim əlyazmaların mövcud nüsxələrindən götürülüb və heç bir başqa şərhlərin mətnlərindən götürülərək tərcümə edilməyib. Bugünkü Müqəddəs Kitab tərcümələri arasındakı əsas fərqləri sadəcə orijinal dildə yazılan mətnlərdəki (İbrani, Arami və Yunan) cümlələrin sözlərini öz dillərində necə tərcüməsindən irəli gəlir.

Müqəddəs Kitabın Mənşəyi - Qədim Əlyazmaların Etibarlılığı
Müqəddəs Kitabın mənşəyinə qarşı başqa bir təxribat bugünkü Müqəddəs Kitabların tərcümə olunduğu əlyazmaların etibarlılığıdır. Maraqlıdır ki, etibarlı olmanın mütləqliyinə dair geniş sübutlar mövcuddur. Yaxın Şərq, Aralıq dənizi və Avropa bölgələrində bir-biri ilə tam şəkildə uzlaşan 14.000-dən çox mövcud Əhdi-Ətiq əlyazması və hissələri var. Bundan əlavə, bu mətnlər eramızdan əvvəl 3-cü əsrdə ibrani dilindən yunan dilinə tərcümə edilmiş Əhdi-Ətiqin Septuaqint variantını da nümunə göstərmək olar. 1940 - 50-ci illərdə İsraildə tapılan Ölü Dəniz Tumarları da İsa Məsihin gəlişindən əvvəl bu günə gəlib çatan Yəhudi Müqəddəs Yazılarının (Əhdi-Ətiq) qədim nüsxəsinin etibarlılığına dair fenomenal sübutlar təqdim edir. Yəhudilərin Müqəddəs Yazılarını köçürən ibrani din xadimləri həyatlarını müqəddəs kitabların dəqiqliyini qorumağa həsr etmişlər. Bu katiblər əlyazmaların dəqiqliyini təmin etmək üçün böyük səy göstərdilər. Onlar yüksək təlim keçmiş və hər bir hərfi, sözü və abzasları tumarlarda ustalıqla hesablayaraq diqqətlə nəzərdən keçirmişlər. Tək bir səhv edilirdisə, mütləq bütün mətnin dərhal məhv edilməsi tələb olunurdu.

Əhdi-Cədidin tanınan əlyazmaları da təsir edicidir, 5300-dən çox məlum nüsxə və hissələrr yunan dilindədir, onlardan təxminən 800-ü eramızın 1000-ci ilindən əvvəl köçürülmüşdür. Bəzi əlyazma mətnləri ikinci və üçüncü əsrlərin əvvəllərinə aiddir, Orijinal imzalarla və mövcud olan ən erkən nüsxələrimiz arasındakı vaxt olduqca qısadır, 60 ildir. Maraqlıdır ki, bu əlyazma dəlilləri hər gün həqiqi olduğuna inandığımız digər qədim tarixi yazıların əlyazmalarının dəqiliyindən daha da artıqdır. Bu müqayisələrə baxın: Yuli Sezarın Qalli Müharibəsi (10 əlyazma salamat qalıb, ən erkən orijinal imzaları 1000 il sonraya aiddir); Kiçik Plininin "Tarixi" (7 əlyazma; 750 il keçib); Fukididin “Tarixi” (8 əlyazma; 1300 il keçib); Herodotun “Tarixi” (8 əlyazma; 1300 il keçib); Sofokl (193 əlyazma; 1400 il); Euripides (9 əlyazma; 1500 il); və Aristotle (49 əlyazma; 1,400 il).

Qədim Yunan tarix və ədəbiyyatında ən məşhur kitabı olan Homerin "İliada"adlı əsərinin 643 əlyazma nüsxəsi var. Əgər Əhdi-Cədidin bütün əlyazmalarından 40 sətirini ilə bu nüsxələrin dəqiqliyi baxımından müqayisə etsək "İliada"adlı əsərdə 764 mübahisəli mətn meydana çıxır. (Norman L. Qeysler və Vilyam E. Nix, Müqəddəs Kitaba Ümumi Giriş Moody, Çikaqo yenidən işlənmiş və genişləndirilmiş nəşr, 1986, səh. 367). Əslində, bir çox insanlar Vilyam Şekspirin (1600-cü illərdə yazılmış) 37 pyesinin salamat qalan hər bir əlyazmalarında boşluqların olmasından xəbərsizdir və bu da alimləri “boşluqları doldurmağa” məcbur edir. Onları da Əhdi-Cədidin 5300-dən çox nüsxəsi və hissələri ilə mətnin dəqiq olması baxımından müqayisə etsək onlar da aşağı səviyyədə olur, və bu da, bizi əmin edir ki, Əhdi-Cədiddən tamamilə heç nə itirilməyib. Faktiki olaraq, Əhdi-Cədidin on bir ayəsindən başqa hamısı ikinci və üçüncü əsrlərdəki ilk kilsə atalarının yazılarından da yenidən bərpa etmək olar (Müqəddəs Kitaba ümumi giriş, 24-cü fəsil.)

Oxuyun Indi - İsanın Qurbanı


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur