All About GOD - Banner Logo All About GOD - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

Əgər ölürsünüzsə, niyə Allah sizi səmaya göndərsin?

Bu barədə düşünün. Elə bilin ki, bu gün ölmüsünüz və səmada Allahın hüzurunda dayanmısınız və O, sizdən soruşur: “Mən niyə səni Səmaya buraxmalıyam?” Ona nə deyərdiniz?

Bir dəqiqəlik dua edərək bu barədə düşünün...

Əgər “Axı mən yaxşı adamam” və ya “səhv əməldən çox düz əməl sahibiyəm” kimi əməllərinizə əsaslanıb cavab verəcəksinizsə, onda bu gün özünüzü Müjdənin azadedici həqiqətinə verməlisiniz!

Fikkrinizə birinci “Mən lütflə xilas olmuşam” və ya “Çünki İsa mənim Rəbbim və Xilaskarımdır” kimi və sair cavab gəlirsə, bu, Müjdəni aydın başa düşdüyünüzü göstərən amillərdir. Unutmayın ki, xilas Allahın bizə bir ənamıdır. Özümüzü təkmilləşdirməklə və ya yaxşı əməllərlə heç vaxt günahımızın əvəzini ödəyə bilmərik. Allahın əfv etmə təklifində olduğu kimi yalnız İsa Məsihə etibar etməklə xilas ola bilərik. Əbədi həyat həqiqətən İsa Məsihi imanla həyatımıza qəbul edəndə başlayır.

Bu ayələrə nəzər salın
"Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır”. (Romalılara 6:23).

"Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin”. (Efeslilərə 2:8-9).

"bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi”. (Titə 3:5).

Mən ürəyimi yoxladım və Xilaskarım və Rəbbim İsa Məsihin lütfündə dincəlirəm. Buraya klik edin.

Allah ürək qapımı döyür və həyatımı bu gün İsa Məsihə həqiqətən yenidən həsr edirəm! Buraya klik edin.

Mən bu gün həyatımı İsa Məsihə həsr etmək istəyirəm! Buraya klik edin.


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var

Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   Iman Bəyanatı  |   Bizimlə əlaqə Saxlayın  |   Sayt Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur