Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

İsa Allahdır

İsa Allahdır - Müqəddəs Kitab İsanın Allah olması barədə nə deyir? Lap əvvəldən və tarixən ən etibarlı mənbə olan Müqəddəs Kitab həqiqətən İsanın Allah olduğunu söyləyirmi? Bu kitab İsa və Onun şəxsiyyəti haqqında bizə nə deyir?

Gəlin bu suala aydın və ardıcıl cavab verən Müqəddəs Yazıların səhifələrindən bir çox ayələrin bir neçəsinə qısaca nəzər salaq. Biz Yeşayanın Əhdi-Ətiq kitabına baxaraq Məsihin həyatından 700 il əvvəldən başlayacağıq.

İsa Allahdır - Peyğəmbərliklər
İsa Allahdır
  • Məsihin Allah olması barədə Əhdi-Ətiq qabaqcadan xəbər verib. Yeşaya 7:14: “Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq”.

    “Immanuel” İbranicə, “Allah bizimlədir” deməkdir. Həmçinin bax: Matta 1:23; İsa, “Allah bizimlədir” olaraq doğuldu.

  • Bu Məsih bəşər oğlu olaraq doğulsa da, ali yaradan sahibliyində idi. Yeşaya 9:6: “Çünki bizim üçün körpə doğuldu. Bizə Oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq”.
    Bu təkallahlı yəhudi peyğəmbərindən gələn əsalı bir ifadə idi -- xüsusilə insanı “Qüdrətli Allah” adlandırırdı; Bunu Allah əsrlər sonra yalnız Məsihdə həyata keçirtdi.

  • Bundan bir neçə əsr sonra, hələ də İsanın yer üzündə gəzməsinə yarım min ildən çox qalmışdı, Məsihin alı yaradan sahibliyinə aid qabaqcadan dah çox xəbər verilirdi.
    Daniel 7:13-14: “Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq”.

  • “Bəşər Oğlu” İsanın Özünə şamil etdiyi əsas titul idi – və bu ayələr göstərir ki, Onun ilahi olmasını göstərən aydın və güclü bir iddiadır. Həm də dörd Müjdədən ən birincisi olan Markda İsa işlətdiyi “göyün buludları ilə gəldiyini” ifadə var ki, O bunu da Özünə şamil edir. (Mark 14:62). Ona qulaq asanlar bu fikri başa düşüb İsanı rədd etdilər və Onu öldürməyə cəhd etmək səbəblərinə bunu da əlavə etdilər.

İsa Allahdır – Onun Dünyəvi Xidməti
    Müdrik adamların səcdə qıldığı körpə İsa
    Matta 2:11: “Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar”.

    Bu müdrik adamlar görünür ki, Allah tərəfindən həm İsanın doğulduğu yer, həm də İsanın ilahi şəxsiyyəti haqqında məlumat alıblar və buna görə də Ona səcdə qılmağa aparmaq istəyinə müsbət cavabları təbii idi.

    İsa şağırdlərinin səcdəsini qəbul edir
    Matta 14:32-33: “ Onlar qayığa mindikləri zaman külək sakitləşdi. Qayıqda olanlar «Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar”.

    Yəhudi mədəniyyətində yalnız tək həqiqi Allaha səcdə qılmaq olar; onların hərəkətləri göstərir ki, onlar İsanı Allah olaraq qəbul ediblər. İsa isə onlara düzəliş verib demədi: “Məgər başa düşmürsünüz ki, Mən sadəcə gəldi-gedər bir peyğəmbərəm? Mənə səcdə etməyi dayandırın!” Əksinə, O, həqiqətən bilirdi ki, insan bədəni alan Allahdır, ona görə onların səcdəsini qəbul etdi

  • İsanın Özü haqqında iddiası
    Yəhya 8:58-59: "İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm». O zaman İsanı daşqalaq etmək üçün yerdən daş götürdülər, ancaq İsa gizləndi və məbəddən çıxdı”.

    Bu, İsanın möhkəm ikiqat iddiasıdır: birincisi, O, insan olaraq doğulmasından əvvəl İsa mövcud olmuşdur və İbrahimdən əvvəl həqiqətən (Allah olaraq) canlı və var olan idi; ikincisi, Onun titulu “Var Olan Mənəm” idi – bu, Çıxış 3:14-də Rəbb Allah üçün istifadə edilən titul idi. Ona qulaq asanlar yenə də bu fikri anladılar və daş götürüb Onu vurub öldürmək istədilər!


  • İsanın İlahi olması barədə başqa iddiası
    Yəhya 10:30-33: “Mən və Ata birik». Yəhudilər yenə yerdən daş götürdülər ki, Onu daşqalaq etsinlər. İsa onlara dedi: «Sizə Atadan gələn çoxlu yaxşı iş göstərdim. Siz bunların hansına görə Məni daşqalaq etmək istəyirsiniz?» Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik».

    Burada yazılandan daha aydın heç nə olmaz: İsaya qulaq asanlar ali təhsilli olduğu üçün Onun ilahilik iddiasını başa düşdülər. Onlar yalnız iki cür cavab verməli idi: Ya öncə müdrik adamların və şagirdlərin etdikləri kimi, özlərini həlim edərək Onun qarşısında baş əyməli, ya da bunu küfr sayıb Onun iddiasını rədd edərək mühakimə etməli idilər. Təəssüf ki, onlar sonuncu variantı seçdilər. Ancaq diqqət yetirin ki, İsa onların ittihamları ilə mübahisə etmir, çünki O, həqiqət idi. O, həqiqətən Allah olduğunu iddia edirdi!


  • Tomasın dirilmiş İsaya cavabı
    Yəhya 20:27-29: “Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi. İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»"

    İsanın dirilməsi nəticəsində bu şagird İsanın həqiqətən kim olduğunu dərk etdi, həlimliklə Ona səcdə qıldı və Onun həqiqi Varlığını elan etdi: «Ya Rəbbim və Allahım!» İsa təkcə bu bəyanatı qəbul etmir, həm də eyni dərrakə və həlimliklə səcdəgaha gələn bütün şagirdlərinə və bu gün hamımıza xeyir-dua verir.

Oxuyun Indi - İsa Allahdır Hissə 2!

1 - 1 Bəndlərdəki qalın vurğular müəllif tərəfindən əlavə edilmişdir. (Mark Mittelbergin etdiyi təriflər)


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur