Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

İMAN BİLDİRİŞİMİZ

Xidmətimizin tez-tez sayıq skeptiklərə ünvanlanması xidmət tərzimiz olsa da, qrupumuzun təməli möhkəm əsaslarla İsada və Məsihçilik təlimindədir.

Buna görə də İnanırıq
  1. Müqəddəs Kitab səhvsiz, ruhlandırıcı Allah Kəlamı olub təxminən 2000-dən artıq illər öncə 40 müəllif tərəfindən yazılmış 66 kitabdan ibarət fövqəltəbii inteqrasiya dəstidir.

  2. Böyük kosmosdan mikroskopik hüceyrəyə qədər hər şeyi Allah yaratdı.

  3. Biz Allahın surətində yaradılmışıq, lakin Adəm günaha batandan sonra hamımız pozulduq və Allahdan uzaqlaşdıq. Adəmin günahı bütün günahların, eləcə də yer üzündə cismanı və ruhani ölümün başlanğıc nöqtəsi oldu.

  4. Yeganə Allahın üç fərli şəxsdə təzahürü var: Ata, Oğul və Müqəddəs Ruh.

  5. Vəd olunmuş Allah Oğlu İsa Məsih möcüzəli şəkildə insan bədəni alaraq bakirədən doğulub yer üzərinə gəldi və Əhdi-Ətiqdəki peyğəmbərliklər həyata keçdi.

  6. Ən uca sevgi ilə qurban gedən İsanın çarmıxda cismani ölümlə ölməsi bir lütf hərəkatı olub imkan yaratdı ki, Ona iman edən hər kəs Onun qanı ilə günahdan təmizlənsin və Allahla yenilənmiş, əbədi münasibətə malik olsun.

  7. İsanın Allah olmasını göstərən ən yüksək əlamət Onun ölülər arasından dirilməsi oldu. Adil və qüdrətli Rəbbimiz İsa zühur edərək yer üzünə gələcəyinə dair verdiyi ən uca vədi ilə göyə yüksəldi.

    Daima Ruhla dolub xidmət etməyə çalışmaqla biz müntəzəm olaraq dua edirik və fəaliyyətlərimiz üçün Allahın rəhbərliyini axtarırıq. Hər gün bir-birimizə xatırladırıq ki, bu, Allahın işidir, bizim deyil.
“İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir”. İbranilərə 11:6


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur