İsanın Dirilməsi
İsanın Dirilməsi - Məsih İmanı üçün Vacibdirİsanın ölülər arasından dirilməsi Məsih imanı üçün Onun çarmıxda ölümü qədər vacibdir. Paul Korinflilərə olan ilk məktubunda yazır: “Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü, dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi”. (1 Korinflilərə 15:3-4) Paul dirilmənin vacibliyini öz ifadəsi ilə belə vurğulayır: "Əgər Məsih dirilməyibsə, onda həm bizim vəzimiz puç, həm də sizin imanınız puçdur. Belə halda Allah barədə yalançı şahid olduğumuz da aşkara çıxacaq. Çünki biz Allah barədə şəhadət etdik ki, O, Məsihi diriltdi. Amma ölülər dirilməzsə, Allah Məsihi də diriltmədi”. (1 Korinflilərə 15:14-15)
İsanın Dirilməsi - Tarixi Hadisədirmi?
Yaxşı, İsanın ölülər arasında dirilməsi tarixi hadisədirmi? Bu həm dörd Müjdənin dördündə, həm də qədim yazışmalarda elan edilir. Əgər bu yazılar iddia etdikləri tarixi sənədlərdirsə, demək tarixi bir hadisəyə şahidlik edirlər. Aristotelin Dictumuna (qənaətinə) görə, bu hissələr qanuni olaraq tarixi sənədlər meyarlarına cavab verir. Lakin onlar möcüzəvi hadisələri təsvir etdiklərinə görə, dünyəvi cəmiyyət tərəfindən etibarlı şəhadət kimi qəbul edilmir. Bəs bu hesablar necə təsdiqlənməlidir? Buradan iki sual yaranır: Birincisi, bu qədim yazıların müəllifləri öz əsərlərini gözdən salır, yoxsa öz canları bahasına şəhadət etdilər? İkincisi, qəbul edilmiş tarixi səlahiyyət sahibləri bu hesabları təsdiq edirmi?
İsanın Dirilməsi - Şagirdlərin Şəhadəti
İsanın ölülər arasından dirilməsinə iman gətirmiş adamlar bu gün Məsihin Şagirdləri olaraq tanınmışdılar, şübhəsiz ki, onlar öz şəhadətlərinə və inanclarına inanmayanlar tərəfindən sınağa çəkilmişdilər. Yəhyadan başqa bu adamların hər biri öldürüldü. Bu edamlar dözülməz və amansız idi. Müjdəni sevə-sevə yaymağı həyatlarından da artıq sayan bu adamlar yer üzərində dünyəvilər tərəfindən təqib oluna-oluna çox əziyyət çəkdirdilər. Paul Korinflilərə yazdığı ikinci məktubunda belə hesabat verir: “Beş dəfə Yəhudilərdən otuz doqquz qırmanc yemişəm, üç dəfə dəyənəklə döyülmüşəm, bir dəfə məni daşqalaq etdilər, üç dəfə gəmi qəzasına düşdüm və bir gün gecə-gündüz ucsuz-bucaqsız dənizdə qaldım. Tez-tez səyahətdə olduğum müddətdə çaylarda təhlükəyə, quldurlar arasında təhlükəyə, soydaşlarım arasında təhlükəyə, başqa millətlər arasında təhlükəyə, şəhərdə təhlükəyə, çöldə təhlükəyə, dənizdə təhlükəyə, saxta qardaşlar arasında təhlükəyə məruz qaldım. Zəhmət və əmək çəkdim, dəfələrlə yuxusuz qaldım. Aclığın, susuzluğun dadını gördüm. Çox vaxt yemək, soyuqda paltar tapmadım”. (2 Korinflilərə 11 :24-27) Uzun illər Roma zindanında əzab çəkdikdən sonra Paulun başı kəsildi. Onun ölümü imanlı qardaşların edamından bir az asan olmuşdu, çünki o birilərinın çox vaxt, Roma vətəndaşılığı olmasa da, Paul Roma vətəndaşı idi. Bundan yaxşı sübut nə ola bilər ki, onlar ümidini dünyavi mükafatlara bağlamadan səmimiyyətlə və həqiqət sözlərini dözüm və səbir göstərə-göstərə yayırdılar və bu adamlar inanırdılar ki, onların bu qədər əzab çəkməsinə Rəbb izin verib. Əgər onlar sadəcə olaraq Məsihin Dirilməsinə qarşı olsaydılar, belə işgəncə və alçaldılmaqlardan qaça bilərdilər. İşgəncə görənlər adətən belə edir. Ancaq onlardan kimsə təqibçilərə təslim olmadı və bu da hər hansı bir sui-qəsd nəzəriyyəsini təkzib edən dramatik sübutdur.
Oxuyun Indi - İsanın Dirilməsi Hissə 2!
Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.
Cavabınız nədir?
Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm
Mən artıq İsanın ardıcılıyam.
Hələ daha çox sualım var
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.
Cavabınız nədir?
Mən artıq İsanın ardıcılıyam.
Hələ daha çox sualım var