Ailə üçün dua
SUAL: Dua ailələr üçün nə dərəcədə vacibdir?CAVAB:
Dua ailələr üçün ailə üzvlərini birgə saxlayan təməldir. “Birgə dua edən ailə bir yerdə olar” məsəlini eşitmisinizmi? Əlbəttə bütün diqqətini Rəbb İsa Məsihə dua etməyə yönəldən ailənin də çətinlikləri olur, amma belə ailə çətinliklərə sinə gərə bilir.
Valideynlər üçün övladlarını ailə duasına cəlb etmələri vacibdir, çünki bu, uşaqlara həm Rəbblə münasibət qurmağa kömək edir, həm də duanın vacibliyini öyrədir. Birlikdə dua edən ailələr bir-birlərinə güvənməyin təməlini qoyur, İsa vasitəsilə razılığa gələrək mehriban olub dua etməyi öyrənirlər Bu nizam-intizam ev xalqına kömək edir ki, ailədə birlik olsun.
Ailə kiçik bir cəmiyyətdir və bizim xidmətimiz ilk növbədə evdən başlayır. 1 Timoteyə 3:5-də oxuyuruq: “Öz şəxsi evini idarə edə bilməyən Allahın cəmiyyətinin qayğısına necə qala bilər?” Ailənizi idarə etmək hər bir üzvə qayğı göstərmək, onlara Allahın yollarını öyrətmək, onları Rəbdə böyüməyə yönəltmək və onları yetkin həyat üçün təchiz etməkdir. Dua bu prosesdə mühüm elementdir. Bir-biri üçün dua qəlbi olan ailənin dünya üçün də dua qəlbi var.
Ailələr üçün dua müxtəlif yollarla edilə bilər - siz dua otağınızda, həyat yoldaşınızla birlikdə, mehriban ailə olaraq birlikdə və dostlarla birgə dua edə bilərsiniz. Ailəniz üçün dua etmək təkcə ailə həyatının əsasını qoymur, həm də ailənizi qoruyur və sülhlə doldurur.
Bir çox hallarda, Rəbb sizin ailə üzvləriniz üçün xüsusi ehtiyaclarını üzə çıxarır. O, onların ağrı-acılarını və ya onları Onunla ünsiyyətdən uzaqlaşdıran bəzi şeyləri aşkar edir. Onda Rəbb sizə fikir göndərib yönəldəcək ki, ailəniz üçün necə dua edəsiniz və ən başlıcası isə dua sizə təsəlli verəcək, çünki Allah sizə Öz vədlərini xatırladır. Ola bilsin ki, ailənizin bəzi üzvlərinin İsa Məsihlə şəxsi münasibəti yoxdur. Xilas olunmayanlar üçün dua vacibdir.
Ailələr üçün dua - Dua nümunələri
- Qorunma və təminat duası - Ay Ata, ailəmə görə Sənə minnətdaram. Xahiş edirəm ki, lütfünlə onlara xeyir-dua verəsən. Lütfən onların bütün ehtiyaclarını təmin et. Onları xəta-bəladan Özün qoru. Onları qanadlarının altına al, gölgə sal. Onların qarşısında Özün get və onlara yol hazırla. Yalvarıram əyri yolları varsa, onları düz yola çıxart. Onları xainlərin fırıldağından və məkrlilərdən qoru. Qoy ürəklərinə Sənin kamil sülhün gəlsin. İsa adı ilə dua edirəm, amin.
- Birlik duası - Ata, xeyir-duanla mənə ailə verdiyin üçün Sənə təşəkkür edirəm. Yalvarıram bizi Özündə birləşdir. Diləyim budur ki, qaranlıqda gizlənib bizi parçalamağa səbəb olan hər şey ifşa olunsun. Səndən diləyirəm ki, bizi Öz mükəmməl həqiqətinə yönəlt və bizi Öz istədiyin kimi ailə elə. Ya Rəbb, bir-birimizə və başqalarına xeyir-dua verməkdə bizə kömək et. Bizə Özünü aydınlat ki, Səninlə razılaşaq. Bizi öz yollarında apar. Ürəklərimizə mərhəmət bəxş et, bizi haqsızlıqları qəbul etməyən məhəbbətinlə doldur və bir-birimizi düşünəndə qəlblərimizə sevinc bəxş et. Qoy bu ailəmizə mükəmməl sülh və birlik gətirsin. İsa adı ilə dua edirəm, amin.
Oxuyun Indi - Şəfa Duası
Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.
Cavabınız nədir?
Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm
Mən artıq İsanın ardıcılıyam.
Hələ daha çox sualım var
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.
Cavabınız nədir?
Mən artıq İsanın ardıcılıyam.
Hələ daha çox sualım var