Bağışlanma Duası
Bağışlanma Duası: Qiymətli bir ƏnamdırBağışlanma duası həyatımızın hansısa məqamında axtardığımız bir şeydir. Bu elə bir dəyərli hədiyyədir ki, onu nə asanlıqla əldə etmək olur, nə də asanlıqla verilir. Bağışlanmaq həyat üçün zəruridir, cünki bu bizi keçmiş səhvlərdən azad edir və gələcəyə ümid verir. Bağışlanma uğrunda İsa Məsih bəşəriyyət üçün ölümə getmək üçün yer üzünə gəldi.
Bağışlanma Duası: İsa Məsih bunu mümkün edir. Bağışlanma duası Allaha ərz edilən bir duadır. Bəzən biz bir-birimizi incidirik, lakin günahlarımızla biz Allahı incitmiş oluruq. Düşünə bilərsiniz ki, axı bu necə mümkündür? Bizim nöqsanlarımız Böyük Yaradanı necə incidə bilər? Ümumiyyətli Allah bundan narahatdırmı? Yaradılış 6-da biz görürük ki, insanların bir-birinə etdiyi bütün pisliklərə görə Allah Özü kədərlənir: “Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir. O, yer üzündə insanları yaratdığına peşman oldu və ürəyində kədərləndi”. (Yaradılış 6:5-6).
Düşüncələrimizdə şərə yer verəndə belə, Allah kədərlənir. Buna görə də bağışlanma da Allahdan gəlməlidir. Allah ədalətli olduğu üçün bağışlanma müftə verilə bilməz. Ədalətli hakim olan Allaha hər bir səhvin hesabını vermək lazımdır. İsa Məsih bizim yerimizə Qalqotada çarmıxa çəkilərək öldü ki, bizim günahlarımız bağışlansın. Onun əzabları bizim günahlarımızın əvəzini ödədi. “Çünki bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır.” (Matta 26:28).
Allah Öz sevgisi ilə yanaşı bilirdi ki, vicdanımız təqsir və mühakimədən azad olmalıdır. O bilirdi ki, bizim ən böyük ehtiyacımız günahlarımızın bağışlanmasıdır. Allah təkcə günahlarımızın cəzasını çəkməklə kifayətlənlənmədi, həm də günah işlədən zaman bağışlanmağımız üçün onların nəticələrinin də cəzasını ödədi. Bizə yalnız Onun bağışlanma hədiyyəsini qəbul etmək qalır.
Bağışlanma Duası: Bağışlanmaq üçün Allaha yalvarın
Bağışlanma Duası: Bağışlanma üçün Allaha yalvarın. Bələkə də siz bu internet səhifəsinə iztirab içində çabalayan ruhunuzu sakitləşdirmək məqsədilə bağışlanmaq duası axtarışında olarkən rast gəlmisiniz. Bəlkə də sizi dərindən incitmiş birisini necə bağışlamalı olduğunu başa düşmək üçün çətinlik çəkirsiniz. İsa Məsihi Rəbb və Xilaskar kimi qəbul edən hər kəs artıq bağşlanmışdır. Əgər biz öz səhvlərimizi etiraf etsək və bağışlanma diləsək, Allah bizi sorğu-sualsız bağışlayar:"Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək". (1 Yəhya 1: 9).
Əgər biz İsadan imtina ediriksə, mahiyyət etibarilə Allahın bağışlanma hədiyyəsindən imtina etmiş oluruq. Bu əslində Allahla barışmaq arzusunda olmamağımız deməkdir (1 Yəhya 1:10) Allahdan bağışlanmağı qəbul etməmək bizim azad seçimimiz olsa da, ömrümüzün sonunda etdiyimiz bütün günahlara görə cavab verəcəyik. Barışmaq isə Allahın dərin arzusudur. “Çünki Allah dünyanı elə sevdi ki, yeganə Oğlunu verdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun” (Yəhya 3:16). Əgər həqiqətən bağışlanmaq istəyirsinizsə, İsanın dediklərini nəzərə alın və səmimi qəlbdən Onu öz Rəbbiniz və Xilaskarınız kimi qəbul edin. Siz bağışlanacaqsınız və Allah həyatınızı dəyişməyə başlayacaq.
Bağışlanma Duası: Yeni Həyatı qəbul edin
Bağışlanma duası bizə yeni bir ümid və başlanğıc verir. Allah bizim bütün günahlarımızı silir. “Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam, Günahlarını daha yada salmayacağam”. (İbranilərə 8:12)
Əgər günahkar olduğunuzu başa düşsəniz və İsa Məsihin günahı aradan qaldıran yeganə Xilaskar kimi gəldiyinə inanırsınızsa, demək bağışlanma duasını başa düşürsünüz. Sual budur ki, siz Allahın Oğlu İsa Məsihin hədiyyəsini almaq üçün bu duanı etməyə hazırsınızmı? Əgər belədirsə, Məsihə inanın, günahlarınızdan tövbə edin və həyatınızın qalan hissəsini Rəbb olaraq Ona verin:
“Ata, bilirəm ki, Sənin qayda-qanunlarına əməl etməmişəm və günahlarım məni Səndən ayırıb. Mən həqiqətən üzr istəyirəm və indi keçmiş günahlı həyatımdan Sənə tərəf dönmək istəyirəm. Xahiş edirəm, məni bağışla və bir daha günah işlətməməyimə kömək et. Mən inanıram ki, oğlun İsa Məsih mənim günahlarım üçün öldü, ölülər arasından dirildi, sağdır və duamı eşidir. Mən İsanı dəvət edirəm ki, həyatımın Rəbbi olsun, bu gündən etibarən ürəyimin sahibi olub qəlbimdə hökm sürsün. Ömrümün sonuna qədər Sənə itaətli olum və Sənin iradəni yerinə yetirim deyə mənə kömək etmək üçün lütf edib Öz Müqəddəs Ruhunu göndər. İsanın adı ilə dua edirəm, Amin”.
Təbriklər, siz indicə həyatınızı İsa Məsihə verdiniz! Siz ölümdən həyata keçdiniz. Siz göydə əbədi olaraq Rəbb İsa ilə olacaqsınız. Siz azadsınız!
Sonra nə gəlir?
- Yeni iman etdiyiniz Məsih haqqında başqasına danışın.
- Hər gün Allahla vaxt keçirin. Uzun-uzadı olması lazım deyil. Sadəcə Ona dua etmək və Onun Kəlamını oxumaq kimi gündəlik vərdişinizi inkişaf etdirin. Allahdan imanınızı artırmağı və Müqəddəs Kitab haqqında anlayışınızı çoxaltmağı diləyin. Müqəddəs Kitabı BURADA - onlayn oxuyun.
- İsanın digər davamçıları ilə ünsiyyət axtarın. İnkişafınız üçün sualarınıza cavab verəcək və sizi dəstəkləyəcək imanlı dostlar qrupu yaradın.
Bu gün İsanın davamçısı oldunuzmu? Zəhmət olmasa klikləyin Bəli! yaxud Xeyir!
Siz artıq İsanın davamçısızmı? Zəhmət olmasa Bura Klikləyin
Oxuyun Indi - Ailə üçün dua
Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.
Cavabınız nədir?
Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm
Mən artıq İsanın ardıcılıyam.
Hələ daha çox sualım var
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.
Cavabınız nədir?
Mən artıq İsanın ardıcılıyam.
Hələ daha çox sualım var