Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

İsa Yeganə Yoldur

İsa yeganə yoldur - Məsihçilər həqiqətən bunu demək istəyirlərmi?
İsa Allaha gedən yeganə yoldurmu?

"İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz»”. (Yəhya 14:6)

"Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür". (Romalılara 1:20)

İsa Allaha gedən yeganə yoldurmu? Məsihçiliyə “müraciət etməyə” başlayan, lakin hələ Məsihə gəlməmiş adamlarda tez-tez belə bir sual doğur: “Bəs, Allah haqqında eşitməyərək ucsuz-bucaqsız Afrikada, Tibetdə və ya başqa bir yerdə yaşayanların aqibəti necə olacaq? Yaxşı insan olmaqlarına baxmayaraq, cəhənnəmə gedəcəklərmi?” Doğrudanmı məsihçilər İsanın yeganə yol olduğunu iddia edirlər?

İsa Yeganə Yoldur - Həqiqi Xilas Konsepsiyası
Məsihçilər İsanın Allaha gedən yeganə yol olduğunu necə deyə bilərlər? Xilasın əməllərlə əldə edilməsi anlayışı bu sualın əsas yaranma problemidir. Başqa sözlə desək belə sual verən inanır ki, yaxşı əməlləri olan insan cənnətə düşə bilər. Müqəddəs Kitabsa göstərir ki, bu qətiyyən belə deyil:

“Necə ki yazılıb: «Saleh olan yoxdur, bir nəfər belə, yoxdur»”. (Romalılara 3:10)

“Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur”. (Romans 3:20)

“Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun!» Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq»”. (Qalatiyalılara 3:10-11)

Səmalara getmək üçün kimsənin kifayət qədər yaxşı əməlləri yoxdur, əgər olmuş olsaydı, Məsihin qurbanı məna kəsb etməzdi və bütün Məsih inancı boş və etibarsız olardı, elə isə biz arxayın olmalıyıq ki, Tək Həqiqi Allaha iman edirik, həm də özümüzə imkan verməliyik ki, Onun lütfü ilə xilas olaq.

Bu lütfü yalnız İsanı qəbul etmək şərti ilə ala bilərik. Həqiqətən də, “Rəbbin adını çağıran hər kəs xilas olacaq”. (Yoel 2:32a; Həvarilərin işləri 2:21; Romalılara 10:13).

Allah bizim qəlblərimizi mühakimə edəcəyini açıq şəkildə bildirir. “...çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq ”. (1 Salnamələr 28:9)

Allahın gözündə hamımız qiyəmtli olduğumuz üçün Onun izni olmadan ölə bilmərik və ölməyəcəyik deyə söz vermişdi. “İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. Sizin başınızdakı saçlar belə, sayılıb”. (Matta 10:29-31)

İsa yeganə yoldur - İsa nə deyir?
Məsihçilər İsanın Allaha aparan yeganə yol olduğunu söyləyəndə bunu Məsihin Müqəddəs Yazılardakı sözlərinə istinad edirlər. Müqəddəs Yazılardan Allah bizim ürəklərimizi mühakimə edəcəyini də bilirik. Allah bizim imkanlarımızı da bilir. Elə adam var ki, heç vaxt nə Müqəddəs Yazıları oxyub, nə də Məsihlə tanış olub, yalnız mənsub olduğu dinindəki tanrıya sadiq qalaraq böyüyüb - mən "ola bilər" deyirəm, çünki onların daxilində biri var. (Müqəddəs Ruh, hər kəsin ürəyində Öz işini görür —Vəhy 3:20 -yə baxın) Onlara anlatmaq lazımdır ki, Məsih yolundan başqa inanclar ya yanlışdır, ya da ki, onda düz olmayan nəsə var. Bu da onları ömür boyu mübarizəyə aparan bir şeydir.

Əgər siz səcdə forması kimi ənənəvi olaraq insan qurbanını təqdim edən saysız-hesabsız mədəniyyətlərdən birində böyümüsünüzsə, onda özlüyünüzdə deyə bilərsiniz ki, axı bu səhvdir. Eləcə də kimsə bu dünyada yalnız İslam, Buddizm və yaxud mənsub olduğu hər hansı bir nəslin mövhümatına inanırsa, məlumdur ki, onlar bu barədə daha az biləcəklər. Hər hansı yanlış inanca ciddi aludəçilik olanda daxilinizdə bir şey – axtardığınız Müqəddəs Ruh – sizi rahat buraxmayacaq. “Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq”. (Yaqub 4:8a) Mədəniyyətə aludəçilikdə də onlar daxilən bundan daha fərqli bir şeyin - daha artığının - mövcudluğunu dərk etdikdə ürək və düşüncələri bilən Allah onlara “yaxınlaşacaq”, O bilir kim İsanı necə qəbul edəcək. O, sonsuz müdrikliyinə və hər bir insana dair biliyinə əsaslanaraq Öz ədalətli hökmünü verəcək. Son anda öhdəlikdən qaçmaq kimi mövzular mənə müşkül görünür. Ümumiyyətlə, Məsihi öz Xilaskarı kimi qəbul etməyə hələ hazır olmayan şəxs tərəfindən qurulan gecikmə taktikası kimi “cavabı olmayan” sualları onlar həmişə önə qoyurlar. “İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız”. (Matta 22:29)

Əgər onların həqiqətən itmişlər üçün yanan ürəkləri olsaydı, onda nəinki Məsihi qəbul etməyə tələsərdilər, həm də dünyada olan minlərlə missionerlik programından birinə yazılardılar. Onlar bacardıqca tez qaçıb belə insanlara, vahid Oğlunu onlar qurban verən Allahdan danışardılar, ya da ən azından bu cür mədəniyəti axtarıb tapan missionerləri dəstəkləmək üçün vaxt, enerji və pul sərf edərdilər.

İsa Yeganə Yoldur – Məsələnin Əsas Mahiyyəti
Dünyanın bəzi yerlərində İsa haqqında heç vaxt eşitməyən insanlar olduğu halda, məsihçilər İsanın yeganə yol olduğunu necə deyə bilərlər? Belə bir sualın mahiyyətinə vardıqdan sonra görmək olar ki, bu, nadir hallarda yaranan sualdır, belə demək mümkündürsə, heç sual da deyil. Ətrafdan bu sualı vermələri belə, "İsa haqqında heç vaxt eşitməyən zavallı insanlar"la o qədər də maraqlanmadıqlarını, bunun əvəzinə var olan Allahla öhdəliklərini gecikdirmə, yaxud da bundan boyun qaçırmaq yollarını üzə çıxarır. Həqiqətən, baqaları üçün can yandıranlar, məgər özlərinə can yandırmazlarmı? Onda niyə hələ də Allahı qəbul etmirlər? Allah Afrika və ya Tibetdəkilər üçün kifayət qədər yaxşı olub, lakin onlar üçün kifayət qədər yaxşı olmadımı? Əgər onlar “Allahın var olmasına inanırlar”sa və ya “Məsihçiliyə inanırlar” sa, bəs niyə özlərinə və ya Allaha kifayət qədər əhəmiyyət verib məsihçi olmurlar?

Müqəddəs Kitab bu məsələdən danışmır, çünki bizə məsihçi olaraq “gedin, bütün millətləri Mənim şagirdim edin;” əmri verilib. (Matta 28:19a) Dünyaya bizi xilas edən Allah haqqında danışmaq bizim görməli olduğumuz işdir və həqiqətən İsanın gördüyü işlər barədə insanlara danışmaq təbii deyilmi? Yəni sizi yanan binadan kimsə xilas etsəydi, bunu hamıya deyərdiniz. Allahın sizə bəxş etdiyi əbədi xilas haqqında insanlara daha çox necə danışa bilərik? Əgər biz məsihçilər olaraq öhdəmizə düşən işləri görürüksə, o zaman mesajı hələ eşitməyənlər üçün narahat olmamalıyıq. Çünki biz həm Allahımızı dərk edirik, həm də Onun Özünü hamıya çatacaq qədər qüdrətli olduğunu bilirik ki, “Buna görə də onlar üzrsüzdür”.

Oxuyun Indi - İsanın Dirilməsi!

(Metyu Swihartın tərifləri)


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur