Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

Zühur

Zühur - Bu nə deməkdir?
İsa Məsihin vədlərinin və Onun haqqında söylənilən peyğəmbərliklərin yerinə yetməsi üçün yer üzünə ikinci dəfə qayıdacağı zamana zühur deyilir. İsa Özü vəd etmişdi ki:”O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək”.(Matta 24:30). Vəhy 19:11-12-də Zühurla bağlı belə göstərilib: «Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür. Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb».

Həvarilərin işləri 1:11-də Ölüb diriləndən sonra Məsihin göyə qalxmasının şahidi olanlar mələklərin bu bəyanını eşitdilər: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq». Zühur sözün əsl mənasında İsa Məsihin min il hökmranlıq etmək üçün Padşah olaraq qüdrət və izzətlə yer üzünə qayıdışıdır. (Vəhy 20:1-6).

Görünür ki, Əhdi-Ətiq peyğəmbərləri İsanın Yeşaya 7:14, 9:6-7 və Zəkəriyyə 14:4-də təsvir edilən (Onun doğulması və Zühuru) yer üzünə iki gəlişinin fərqini tam başa düşmürdülər. İsanın Məsih haqda Əhdi-Ətiq peyğəmbərliyini yerinə yetirməməsi səbəbindən Onun Məsih olmadığını iddia edənlər, İsanın ikinci gəlişini hesaba almırlar. Məhz bu zaman Məsih ilə bağlı bütün peyğəmbərliklər yerinə yetəcək. Məsihin ilk gəlişi bizim əvəzimizə günahın cəzasını Öz üzərinə götürmək üçün idi. Onun Zühuru isə əbədi olaraq günah üzərində qələbə ilə bağlıdır.

Zühuru həmçinin Göylərə Götürülmə (burada ifadə ilə bağlı öz məsləhətinə bax) adlanan hadisə ilə qarışdırmaq olmaz. Qaldırılma İsa Məsihin bütün imanlıları yer üzündən götürmək üçün gələcəyi vaxta aiddir (1 Saloniklilərə 4:13-18; 1 Korinflilərə 15:50-54). Qaldırılma ilə bağlı imanlılar cəmiyyətinin mövqeyi yekdil deyil, lakin Zühur mübahisəsizdir. Zühur, İsa Məsihin şərə qalib gəlmək, Öz ədalət və sülh Padşahlığını qurmaq üçün yerə qayıtmasıdır.

Zühur - Nə üçün vacibdir?
Hər şeydən əvvəl, Məsihin Zühuruna inam vacib şərtdir, çünki Müqəddəs Kitab bizə bunu öyrədir. Zühurun həqiqiliyinə şübhə etmək, Allahın Kəlamının düzlüyünə və etibarlılığına şübhə etmək deməkdir. İkincisi, Zühur vacibdir. Çünki bu, İsanın Öz vədidir. Əgər bu həqiqət deyilsə, Onun öyrətdiyi digər şeylərə necə etibar edə bilərik? Məsihin Zühuru bizim ümidimiz və inamımızdır ki, Allah hər şeydən xəbərdardır və Öz Kəlamına və vədlərinə sadiqdir. Tit 2:13, " …bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək".

Zühur həm də ona görə vacibdir ki, O, dünyanın saleh Padşaha ən çox ehtiyacı olduğu bir vaxtda gələcək. Vəhy kitabının 6-18-ci fəsilləri Məsihin Zühurundan əvvəlki son zamanları təsvir edir. Dünya viran qalacaq, milyonlarla insan həlak olacaq və tarix boyu ən şər adam dünyanın hökmdarı olacaq. Məsihin Zühuru bütün bunlara son qoyur. Vəhy 19:15-16-cı ayələrində deyilir: "Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq. Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası»".

Zühur- Nə zaman olacaq?
Bəlkə də dünya tarixində Zühur qədər yolu gözlənilən heç bir hadisə yoxdur. Əhdi-Cədid imanlıları da daxil olmaqla, hər bir dövrün imanlıları İsanın diri olaraq qayıdacağına qəti şəkildə inanıblar. 2 Saloniklilərə 2:1-2-ci ayələrində deyilir: “Rəbbimiz İsa Məsihin zühuruna və bizim Onunla birlikdə olmaq üçün toplaşmağımıza gəlincə, qardaşlar, sizdən xahiş edirik: qoy «Rəbbin günü çatmışdır» deyə iddia edən hər hansı bir ruh, bir söz yaxud guya bizdən gələn bir məktub sizi tez ağıldan çıxarıb təlaşa salmasın". Bəziləri Zühuru təsadüfən qaçırdıqlarından qorxurlar. Digərləri bunun baş verəcəyinə şübhə edir “…deyəcəklər: «Rəbbin vəd etdiyi zühuru haradadır? Axı ata-babalarımız vəfat edəndən bəri, yaradılışın başlanğıcından hər şey eyni cür olaraq qalır»”. (2 Peter 3:4) Buna görə də biz hər iki ifratçılıqdan qaçmalıyıq: (1) Zühurun artıq baş verdiyinə inanmaq və (2) Zühurun heç vaxt baş verəcəyinə inanmaq. Bir çox Müqəddəs Kitab müəllimləri Qaldırılma və Zühurun nə vaxt baş verəcəyi vaxtla bağlı təxminlər irəli sürmüşlər və heç biri özünü doğrultmadı. Müqəddəs Kitabda deyilir: “Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir”. (Matta 24:36) Müqəddəs Kitab Zühurdan əvvəl baş verməli olan bir neçə hadisəni təsvir edir (Matta 24:4-29; 2 Saloniklilərə 2:1-12; Vəhy fəsilləri 6-18). Beləliklə, biz İsanın Zühurunu Kəlama əsasən, ona istinad etməklə gözləməliyik. Biz bunun zaman və saatını təyin edə bilmərik, lakin hər gün, hər an baş verə biləcəyini gözləyərək həyat sürməliyik. Matta 25:19-21, "Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”. Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”

Məsihin Zühuruna hazırsınızmı? Oxuyun Indi


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur