Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

Xilas Duası

Xilas Duası - Bizim Allahla İlk Söhbətimiz
Edəcəyimiz dualardan ən mühümü həmişə ”Xilas Duası” olub.

Məsihçiliyə hazır olanda Allahla ilk real söhbətimizi etməyə hazır oluruq və bunlar onun tərkib hissələridir:
  • Biz dərk edirik ki, İsa Məsih Allahın Oğludur; Günahlarımızın cəzasını özümüz çəkməli idik, amma İsa yer üzərinə insan surətində gəldi ki, bu cəzaları canı bahasına ödəsin və həyatımıza nizam verib yaşaya bilməyəcəyimiz günahsız həyatı bizə bəxş etsin.

  • Özbaşına yaşayaraq və Allaha itaət etməyərək günahla dolu keçmiş həyatımızı etiraf edirik.

  • Biz qəbul edirik ki, Xilaskarımız və Rəbbimiz olaraq İsa Məsihə etibar etməyə hazırıq.

  • Ürəyimizə daxil olması, qəlbimizdə yer tutması və daxilimizdə yaşaması üçün İsaya yalvarırıq.

Xilas Duası - Allaha İnamla Başlayır
Biz xilas duasını etdikdə Allaha Onun Kəlamının həqiqət olduğuna inandığımızı bildirmiş oluruq. Verilən imanla biz Ona iman etməyi seçirik. Müqəddəs Kitab bizə deyir ki, “İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir”. (İbranilərə 11:6)

Beləliklə, biz dua edərkən, Allahdan qurtuluş hədiyyəsini diləyərkən, azad iradə ilə Ona inandığımızı etiraf edirik. Bu iman nümayişi Allahı sevindirir, çünki könüllü olaraq Onu tanımağı seçirik.

Xilas Duası - Günahlarımızı Etiraf Etmək
Xilas duasını etməklə günahkar olduğumuzu etiraf edirik. Məsihdən başqa, Müqəddəs Kitab bunu hər kəsə şamil edərək yazır: “Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub”. (Romalılara 3:23)

Günah etmək, sadə izahi, göydə uçan quşu gözündən vura bilməyib hədəfdən yayınmaqdır. Əlimiz çata bilmədiyi Allahın izzətini yalnız İsa Məsihdə tapmaq olar: “Çünki «zülmətdən işıq parlayacaq» deyən Allah ürəyimizə nur saçdı ki, İsa Məsihin üzündən saçan Öz ehtişamını tanımağımızdan doğan nuru bizə versin”. (2 Korinflilərə 4:6)

Beləliklə, xilas duası ilə qəbul edirik ki, İsa Məsihin günahsız yaşamış yeganə şəxsiyyət olub. “Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq”. (2 Korinflilərə 5:21)

Xilas duası - Məsihə Xilaskar və Rəbb olaraq iman gətirməkdir Kamillik standartımız olan Məsihə indi Allah olaraq iman gətirib həvari Yəhya ilə razılaşırıq: “Başlanğıcda Kəlam (Məsih) var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı”. (Yəhya 1:1-3)

Allah yalnız mükəmməl, günahsız qurbanı qəbul edə bilir, O, buna nail ola bilməyəcəyimizi bilirdi. Ona görə də Öz Oğlunu bizim üçün ölməyə və əbədi olaraq bunun hesabını ödəməyə göndərdi. “Çünki Allah dünyanı elə sevdi ki, yeganə Oğlunu verdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun”. (Yəhya 3:16)

Xilas Duası - Bunu söyləyin və dərk edin!
İndiyə qədər oxuduğunuz hər şeylə razısınızmı? Əgər razısınızsa, İsa Məsihdə yeni həyatınıza başlamaq üçün bir an belə gözləməyin. Unutmayın ki, bu dua sehrli bir formula deyil. Siz sadəcə olaraq ürəyinizi Allaha açırsınız. Bu duanı bizimlə edin:

“Ata, bilirəm ki, Sənin qayda-qanunlarına əməl etməmişəm və günahlarım məni Səndən ayırıb. Mən həqiqətən üzr istəyirəm və indi keçmiş günahkar həyatımdan Sənə tərəf dönmək istəyirəm. Xahiş edirəm, məni bağışla və bir daha günah işlətməməyimə kömək et. Mən inanıram ki, oğlun İsa Məsih mənim günahlarım üçün öldü, ölülər arasından dirildi, sağdır və duamı eşidir. Mən İsanı dəvət edirəm ki, həyatımın Rəbbi olsun, bu gündən etibarən ürəyimin sahibi olub qəlbimdə hökm sürsün. Ömrümün sonuna qədər Sənə itaətli olum və Sənin iradəni yerinə yetirim deyə mənə kömək etmək üçün lütf edib Öz Müqəddəs Ruhunu göndər. İsanın adı ilə dua edirəm, Amin”.

Xilas Duası - Bu duanı etdim; İndi nə?
Əgər siz bu xilas duasını düz əqidə və səmimi qəlbdən dua etdinizsə, artıq İsanın davamçısısınız. Fərqli şeylər hiss etsəniz də, etməsəniz də, bu faktdır. Bu və ya diğər təcrübəyə əsaslanaraq dini sistemlər sizi inandırmağa çalışacaq ki, nurani hərarət, titrəyiş və sair kimi şeylər hiss etməlisiniz. Fakt budur ki, bu sizdə ola da bilər, olmaya da bilər. Əgər siz dərk edərək xilas duasını etdinizsə, artıq İsanın davamçısısınız. Müqəddəs Kitab bizə deyir ki, sənin əbədi xilasına təhlükə yoxdur! “əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan”. (Romalılara 10:9)

Bu gün İsanın davamçısı oldunuzmu? Zəhmət olmasa klikləyin Bəli! yaxud Xeyir!

Siz artıq İsanın davamçısızmı? Zəhmət olmasa Bura Klikləyin

Oxuyun Indi - Bağışlanma Duası


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur