Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

İsanın Qurbanı

SUAL: Niyə İsa Qurban getdi?

CAVAB:

İsa Məsihin Qalqota təpəsində Özünü qurban etməsinin səbəbi çoxdur. Bu səbəblərdən yalnız bir neçəsini izah etmək məqsədilə İbranilər kitabına üz tutaq.

İnsanların Allahın müqəddəsliyinə qarşı günah etməsi üzündən İsa qurban getdi. Günah var, demək cəzası da var. Bu qayda üçün heç bir istisna yoxdur. Həyatda kim olursa olsun, bağışlanmamış günahı varsa, Allahdan əbədi ayrılmanın dəhşətli perspektivi ilə üzləşir. Günahlarımızı bağışlamağa qadir Olan isə Öz qanını töküb cəzasını ödəməsə, bağışlanma yoxdur. İbranilərə 9:22-ci ayədə deyilir: “Demək olar ki, Qanuna görə hər bir şey qanla təmizlənir və qan axıdılmadan bağışlanma olmur”.

Musanın dövründə Allahın günaha qarşı qəzəbini öküz və keçilərdən tökülən qan ləngidərdi (İbranilərə 9:6-10). Bu, heyvanın qanını bir dəfə axıtmaqla bitmirdi, belə qan dəfələrlə tökülməli idi, çünki belə qanlar günahı birdəfəlik aradan qaldıra bilməzdi. (İbranilərə 10:1-4, 11) Onların qanı xidmət əşyalarını və rəmzlərinii təmizləyə bilsə də, insanları ancaq insan qanı təmizləyə bilərdi. (İbranilərə 9:18-23)

Demək yalnız Məsih Özü tarix boyu bütün gəldi-gedər insanların yerinə qurban getmək üçün kifayət qədər dəyərə malikdir. Ondan əvvəlki hər şey Onun mükəmməl qurbanına hazırlıq idi. Aşağıdakılar bunun doğruluğunu göstərir:
  • Onun ilahiliyi (İbranilərə 1:8-9).

  • Kamilliyə çatdırmaq üçün əzabları qəbul etməsi (İbranilərə 2:10, 5:8-9).

  • Şəxsən Musadan üstün olması (İbranilərə 3:1-6).

  • Allahın xalqı üçün əbədi Şənbə istirahətini təmin etmək qüdrətinin olması (İbranilərə 4:9). Allahın İsanı Məlkisedeq rütbəli baş kahin kimi çağırması (İbranilərə 5:1-6, 7:1-22).

  • Əbədi kahinlik yaratması (İbranilərə 7:23-28).

  • Kamil qurban gedəndən sonra əbədi kahin olaraq Allahın sağında oturması (İbranilərə 1:3, 8:1-2).

  • Onun heyvan qurbanları təqdim edən Harun kahinliyindən üstünlüyü (İbranilərə 8:3-13).

  • Özünü qurban verməsinin nəticələrini Ən Müqəddəs Yerə, Göylərə çatdırması (İbranilərə 9:11-14, 23-25).

  • Günahlar uğrunda birdəfəlik kamil bir qurban olması (İbranilərə 9:25-10:4).

  • Onun adi bir qurban deyil, istəyərək qurban getməsi (İbranilərə 10:1-10).

İsa elə bir qurban idi ki, yalnız Onun axıdılan qanı ilk və sonuncu günahkarı örtür. Tarixən Allah Məsihdən əvvəl bağışlanmağı təmin etmək üçün müvəqqəti ayinlərdən istifadə etsə də, Öz düşüncəsində Məsih yeganə veriləcək qurban idi. Məhz buna görə ölüm İsanı adi bir yəhudilikdən dünyanın Rəbbinə çevirdi.

İsa son nəfəsini verərkən Allah məbədin pərdəsini yuxarıdan aşağıya qədər iki yerə parçaladı və bununla da Məsihin ölümü ilə Allaha maneəsiz yol açıldı. İsa məhz bu cür qurbandır. (Matta 27:51). İsaya qədər həm özünün, həm də xalqın günahlarının bağışlanması üçün baş kahin Əqdəs Yerə (yalnız ildə bir dəfə) qurban qanı ilə girə bilərdi. İbranilərə 9:7-ci ayədə deyilir: “İkinci bölməsinə isə yalnız baş kahin daxil ola bilər. O da özü üçün və xalqın bilmədən işlətdiyi günahlar üçün orada təqdim etdiyi qurban qanı olmadan o yerə daxil ola bilməz”.

İsa elə bir qurban idi ki, indiyə qədər verilən bütün qurbanlar arasında cismən dirilməsinin qələbəsi ilə Allah yalnız Onu izzətləndirdi. Məhz bu həqiqətin nurunda çarmıx bizim məmnuniyyətimiz, Məsih üçün qələbədir. Buna görə də Paul bildirirdi ki, Məsihin ölümü Allaha hər çür qarşı çıxanın aləmdə rüsvayçılığını göstərdi. (Kolosselilərə 2:15). Romalıların eramızın 70-ci ili iyulun sonlarında Antoniya qalasını, bir ay sonra isə bütün şəhəri zəbt etməsi, Allahın iradəsind asılı olmayaraq gündəlik qurban təqdimini aradan qaldırdı. Artıq qurbanlara ehtiyac yox idi. Məsihin hadisədən qırx il əvvəl Özünü kamil qurban olaraq təqdim etməsi nəinki məbədin əhəmiyyətini yox etdi, həm də üç gün sonra Allahın məmnuniyyətini qazandı.

Buna görə də bizim nə salehliyimizə etimad gstərməyə, nə də günahlarımızdan qorxmağa ehtiyacımız var. Məsihin dirilməsi bizi sövq etdi ki, Onun lütfü ilə günahdan xilas olmağımızın zəmanətini alaq. Daha bizə ehtiyac qalmır ki, nə isə edək, çünki İsanın qurban getməsi bizə kafidir. Onun dirilməsi Onun qurbanının təminatını təsdiq etdiyinə görə, Onun rizası üçün bizə etməyə HEÇ bir ŞEY.

Oxuyun Indi - İsa Yeganə Yoldur!


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur