Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

İsanın Dirilməsi - Hissə 2

(İsanın Dirilməsi, Əvvəlcə 1-ci hissəni oxuyun)

İsanın Dirilməsi - Təqib
Eramızın 115-ci ildə Roma tarixçisi Korneli Tasit zülmkarların əli ilə ilk məsihçilərə verilən işgəncələri təsvir edib. İmperator Neron öz sarayını genişləndirmək üçün Romanın bəzi hissələrinə od vurub yandırdı. Bu yanğınlar nəzarətdən çıxdı və "Romanın Böyük Yangını" kimi tanındı. Sonra o, bu yanğınların günahını məsihçilərin üzərinə atdı və bütün Roma İmperiyasında təqib alovunun dalğaları altinda məsihçilərin qalmalarına səbəb oldu. Skripka bu hadisədən bir neçə il sonra icad olunsa da, bu vaxt üçün, bir qədim məsəl yarandı: "Roma yanarkən Neron skripka çalırdı". Tacitus yazır: “Deməli, Neron [Yangın əmrini Neron özü vermişdi] öz yaxasını bu işdən qurtarmaq üçün çaşdırıcı məlumant verərək təqsiri alçaldılaraq nifrət edilən məsihçi təbəqəsinin boynuna qoyub ən güclü işgəncələri verdirdi.

Tiberiusun hakimiyyəti dövründə vəkillərimizdən biri olan Ponti Pilatın əli ilə Xristian (Məsih) adını daşıyan həddindən artıq Xristianı edam etdirdi və bütün dünya bildi ki, o zaman üzə çıxan zərərli xurafat nəinki yenidən Yəhudeyada alovlanmışdı, hətta bu şər əməl ilk mənbəyi olan Romada iyrənc və biabırçılığın hər şəkilində öz mərkəzini tapmışdı. Buna görə də əvvəlcə təqsirini boynuna alanların hamısı həbs edildi; sonra onların məlumatına görə,təkcə şəhərə od vuraraq yandırmaq cinayətinə görə deyil, bəşəriyyətə qarşı amansızlığına görə böyük bir kütlə məhkum edildi. Üstəlik onları hər cür ələ salmaqla öldürürdülər. Bəzilərini heyvan dərisinin içinə salaraq öldürürdülər, bəzilərini itlərə parçaladaraq məhv edildilər və ya bəzilərini çarmıxlara mixlayırdılar və ya məhkumlardan bəzilərini gün batandan sonra gecəni işıqlandırmağına kömək etsin deyə oda atırdılar və yandırdılar. Neron öz bağlarında tamaşalar qurdurardı və arabaçı paltarında ola-ola insanlarla qarışardı və ya arabanın üstündə dura-dura sirkdə şou göstərərdilər. Hətta ağır və ibrət verici cəzaya layiq olan cinayətkarların cəzası tük ürpədici olurdu; çünki onlar ictimai mənafe üçün yox, bir nəfərin qəddarlığını həyata keçirmək üçün insan qırğını etmişdilər”.

İsanın Dirilməsi - Tarixi Hakimiyyətlər
İsanın dirilməsi və/və ya Onun davamçılarının təqib edilməsi Müqəddəs Kitabdan kənarda aşağıdakı tarixi mənbələrdə də sənədləşdirilmişdir: Qay Suetonius Tranquillas, Flavius Josef, Thallus, Kiçik Plini, Əzabkeş Justin, Tertullian və Yəhudi Sinedrionu. Bu qədim tarixçilərdən başqa, 2-ci əsr yunan satiriki Lukian kimi digər mənbələrdə də bu sənədləri tapmaq olar. Con Foks “Foksun Şəhidlər Kitabı” adlı klassik bir kitab yazaraq bu hadisələri orada ətraflı təsvir etmişdi; 1-ci əsr İngiltərədə məsihçilər in Mələkə "Qanlı" Məryəmin hakimiyyəti dövründəki təqiblərə qədər onlar necə əzabla öldürülmüşdü. İnkvizisiya məhkəməsi (uzun və intensiv sorğu və ya istintaq dövrü) eramızın 1200-1800-cü illəri arasında 68 milyon məsihçinin İsa inamından azdıqlarını zənn edən papaların səhvləri ucbatından edam etdirdi. Əgər ölümə məhkum olanlar öz inanclarından əl çəkib Papaya sitayiş etsəydilər, sağ qala bilərdilər.

İsanın Dirilməsi - Fərdi Qərarlar İsanın dirilməsinin şahidi olan insanların həyatı bunun şəhadətini etdi. Onların şəhadətləri Müqəddəs Kitabın özündə təqdim olunan tutarlı sübutlarla (ağlagələz peyğəmbərlik kimi) milyonlarla başqa insanları da ruhlandırdı ki, özləri kimi İsa Məsihin Qadir Allahın Oğlu olduğunu bildiyinə görə imansız dünyanın əli ilə gələcək təqiblərə və ölümə dözə bilsinlər. Onun möcüzəvi doğulmasından yüz illər əvvəl Müqəddəs Kitabda qabaqcadan deyildiyi kimi, bizim günahlarımıza görə ölmək üçün yer üzünə gəlib. O, çarmıxda öldü və yenidən dirildi. O, səmaya qayıtmazdan əvvəl Özünü yüzlərlə şagirdə göstərdi. O, dövrün sonunda yenidən qayıdacaq. Bu adamlar öz sözləri ilə sevimli Müjdəni elan etmədilər. Canları bahasına dünyaya səs saldılar. Bu təfərrüatlı peyğəmbərlik və boş məzarın özü kimi inandırıcı dəlillər onların iddialarına dəlil artırır. Beləliklə, bütün dünyada bəşəriyyət öz inanclarına uyğun olaraq Dirilməni qəbul etmək və ya rədd etmək imkanına malikdir. Bu nə hadisənin şahidi olmasından nə də sübutun olmasından asılı deyil.

Oxuyun Indi - İsa Özünün Allah Olduğunu Deyibmi?


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur