All About GOD - Banner Logo All About GOD - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

Allahı necə tanımaq olar

Allah haqqında dərk edə biləcəyiniz ən vacib məsələlərdən biri Odur ki, O SİZİ Həqiqətən Sevir! Həqiqətən sizin həyatınız üçün Onun böyük bir planı var. Onun hansı məna kəsb etməsinin daha dərin baxışı budur.

Allah Məhəbbətdir
"Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun". Bax Yəhya 3:16.

Allahın Planı
[Burada Məsih danışır] "Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun". [bu dolğunluq və məna kəsb edər] Bax Yəhya 10:10.

SUAL: Bəs niyə insanların çoxu zəngin və xoş ömür sürə bilmir?

CAVAB: İnsan günahkardır və Allahdan ayrılıb. Bu da insana imkan vermir ki, öz ömründə Allah sevgisini və şəxsi həyatda Onun planını görə bilsin.


Bəşəriyyət günahkardır
" Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub" . Bax Romalılara 3:23. İnsan Allahla ünsiyyətdə olmaq üçün yaradılmışdır; lakin insan öz inadkar iradəsinə görə özbaşınalıq yolu ilə getməyi seçdi və Allahla ünsiyyəti pozuldu. İnsanın öz iradəsi ya fəal üsyankarlıq, ya da passiv laqeydliklə səciyyələndi ki, bu da Müqəddəs Kitabda “günah” adlandırdığını sübut elədi.

İnsan Ayrılır
"Çünki günahın əvəzi ölümdür". [Allahdan ruhani ayrılıq]. Bax Romalılara 6:23.

Təssəvürünüzə belə bir şəkil gətirin. Hamımızın üzərində olduğumuz böyük bir qaya var. Dibsiz bir boşluğun qarşısında Allahın üzərində olduğu başqa bir qaya var. Bu boşluğu aradan qaldırmağımız üçün heç bir yol yoxdur. Boşluqdan atlanmağa çalışan hər kəs uçuruma düşəcək. Bu dibsiz uçurumun səbəbi ilk növbədə günahdır. İnsan Allaha qarşı günah işlətdi və bununla da bəşəriyyəti Allahdan ayırdı.

Müqəddəs Allah, günahkar insan


Bu diaqram Allahın müqəddəs olduğunu, insanın isə günahkar olduğunu göstərir. Yuxarıda qeyd edildiyi kimi, hər ikisini bir-birindən böyük bir uçurum ayırır. Oxlar insanın öz səyləri ilə, məsələn, davamlı olaraq yaxşı bir həyat tərzi ilə, fəlsəfə və ya din yolu ilə Allaha və bol həyata necə çatmağa çalışdığını göstərir, lakin istər-istəməz uğursuzluğa düçar olur.

Sual: İndi bildik ki, bizi Müqəddəs Allahdan ayıran bu nəhəng boşluq var, bu boşluğa necə körpü sala bilərik?

Cavab: Müqəddəs Kitabda deyilir ki, Allah insanın günahının əvəzini TƏKCƏ İsa Məsihlə ödədi. Siz Ondan Allah sevgisini və sizin həyatınız üçün planını öyrənib həyata keçirə bilərsiniz. Bax Yəhya 14:6.

O Bizim Yerimizə Öldü
"Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü". Bax Romalılara 5:8.

O, Ölümdən dirildi
"...Məsih günahlarımız üçün öldü, dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi. O əvvəl Kefaya, sonra On İki şagirdə göründü. Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü…". Bax 1 Korinflilərə 15:3-6.

İsa Məsih Yeganə Allah Yoludur
" İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz". Bax Yəhya 14:6.

Allah, İsa və insan


Bu diaqramda göstərilir ki, Allah Öz Oğlu İsa Məsihi əvəzimizə çarmıxda ölməyə göndərərək günahlarımızın cəzasını ödəməklə bizi Özündən ayıran uçuruma körpü salıb.

İndi paylaşılan məlumatlardan öyrəndiklərinizə görə bir qərara gəlməlisiniz.

Hamımız İsa Məsihi Xilaskar və RƏBB olaraq fərdi QƏBUL etməliyik; onda biz Allahın sevgisini və həyatımız üçün planını dərk edib həyata keçirə bilərik.

Biz Məsihi Qəbul etməliyik
"Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi”. Bax Yəhya 1:12.

Məsihi İman vasitəsilə qəbul edirik
" Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin". Bax Efeslilərə 2:8-9.

Məsihi Qəbul Edəndə Yenidən Doğuluuq
Bax Yəhya 3:1-8. Bundan əlavə, 2 Korinflilərə 5:17 bizə deyir ki, "Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi".

Biz Məsihi Şəxsi Dəvətlə Qəbul Edirik
[Məsih danışır] "Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik". Bax Vəhy 3:20.

Məsihi öz həyatınıza qəbul etmək, iradəli surətdə Allaha sarı dönmək deməkdir. Allahdan ayrılmış günahkar olduğumuzu və Allaha yeganə yolun Onun Oğlu İsa Məsihdən keçdiyini dərk etdikdən sonra həyatımızı Ona verməyi və Onun ardınca getməyi seçirik. Günahımızı fərqinə varmaq və ondan Məsihə dönmək qərarına gəlmək üçün edilən bu hərəkət tövbə adlanır. Tövbə edirik və inanırıq. Allah və İsa haqqında köhnə düşüncələrimizdən üz döndərəndə, Allahın Kim olduğunu və İsanın günahlarımız üçün Özünü çarmıxda fəda edərkən bizim üçün nə etdiyini dərk edirik.

Biz əbədi xilasımıza görə Məsihə etibar edirik. Həqiqətən Məsihin həyatımıza daxil olmasına, bizi bütün günahlarımızı bağışlamasına və Öz arzusna görə həyatımızı dəyişdirməsinə inanırıq. İsa Məsihin Allahın Oğlu olması və Onun günahlarımız üçün çarmıxda ölməsi ilə intellektual cəhətdən razılaşmaq kifayət deyil. Bunun emosional cəhətdən həyata keçməsi kifayət deyil. Biz İsa Məsihi imanla, iradə ilə hərəkət edərək qəbul edirik.

Bu iki çevrə iki növ həyatı təmsil edir:

Özünə yönəlmiş həyat və Məsihin rəhbərlik etdiyi həyat


Hansı çevrə həyatınızı daha yaxşı təsvir edir?
Həyatınızı hansı çevrənin təmsil etməsini istərdiniz?

SUAL: Bəs adam Məsih tərəfindən idarə olunan həyata necə malik ola bilər?

Cavab: Bunu qərar verib Məsihi qəbul etməklə edə bilərsiniz.
Hal-hazırda iman vasitəsilə qərar verib Məsihi həyatınıza qəbul edə bilərsiniz. Demək sadəcə Allaha dua etməklə, Onunla danışmaqla bu həyata keçir. O gözləyir ki, siz bu duanı Ona edəsiniz.

Allah ürəyinizi görür və Onun dediyiniz sözlərdən daha çox ürəyinizin münasibəti ilə maraqlanır. Aşağıda hazırda Ona deyə biləcəyiniz (dua edə biləcəyiniz) bir dua təklif olunur.

"Ata, bilirəm ki, Sənin qayda-qanunlarına əməl etməmişəm və günahlarım məni Səndən ayırıb. Mən həqiqətən üzr istəyirəm və indi keçmiş günahkar həyatımdan Sənə tərəf dönmək istəyirəm. Xahiş edirəm, məni bağışla və bir daha günah işlətməməyimə kömək et. Mən inanıram ki, oğlun İsa Məsih mənim günahlarım üçün öldü, ölülər arasından dirildi, sağdır və duamı eşidir. Mən İsanı dəvət edirəm ki, həyatımın Rəbbi olsun, bu gündən etibarən ürəyimin sahibi olub qəlbimdə hökm sürsün. Ömrümün sonuna qədər Sənə itaətli olum və Sənin iradəni yerinə yetirim deyə mənə kömək etmək üçün lütf edib Öz Müqəddəs Ruhunu göndər. İsanın adı ilə dua edirəm, Amin”.

Əgər sadəcə imanla bu duanı edib əbədiyyət üçün İsa Məsihə etibar edərək iman gətirdinizsə, deməli, O, həqiqətən də sizin həyatınıza daxil olub. Siz sadəcə qərar verdiniz, belə ki, o bu gündən etibarən həyatınızda çevriliş edəcək! Siz dolğun, mənalı, məqsədli və istiqamətli bir həyata daxil oldunuz. İsa gəlib sizin ürəyinizdə məskən salıb və O, ƏSLA atmayacaq və tərk etməyəcək! Siz səmada əbədilik Onunla olacaqsınız. Allahın ailəsinə xoş gəlmisiniz! Hal-hazırda həyatınızın ən vacib qərarını verdiniz. Təbrik edirik!


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var

Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   Iman Bəyanatı  |   Bizimlə əlaqə Saxlayın  |   Sayt Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur